Naxodka vilayətində üzən tərsanə batıb

Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, qəzaya səbəb tərsanənin dizel-generatorunun sıradan çıxması olub.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb, ətraf mühitə heç bir ziyan dəyməyib.

Hazırda yerli nəqliyyat prokurorluğu qəza yerində araşdırma aparır.

Müstəqil.Az

Share: