Naxçıvandan Bakıya uçan təyyarə geri qayıtdı

“Azərbaycan Hava Yolları”nın J2-256 nömrəli Naxçıvan-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən hava limanına qayıtmaq qərarına gəlib.

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, təyyarə saat 20:20-də Naxçıvan Beynəlxalq Hava Limanında eniş edib.

Gecikmə zamanı sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.


Share: