Azərbaycan Premyer Liqası: Açılış oyununda qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.

“Report”un məlumatına görə, açılış oyununda “Zirə” “Kəpəz”i qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda qalib müəyyənləşməyib – 1:1.

Hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə qonaqlar açıblar. Gəncə təmsilçisindən Yeqor Xvalko fərqlənib. “Qartallar”ın heyətində isə 51-ci dəqiqədə Toni Qomes adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarını 46-ya çatdıran “Zirə” 5-ci pillədə qalıb. 30 xalı olan “Kəpəz” isə 7-cidir.

Qeyd edək ki, turun “Qəbələ” – “Turan Tovuz” və “Səbail” – “Qarabağ” oyunları mayın 13-də, “Neftçi” – “Şamaxı” matçı mayın 14-də, “Sumqayıt” – “Sabah” qarşılaşması isə mayın 17-də keçiriləcək.

Share: