Natiq Əliyev beynəlxalq müsabiqənin laureatı oldu

Natiq Əliyev, Xalq rəssamı, heykəltaraş

Natiq Əliyev, Xalq rəssamı, heykəltaraş

Azərbayanın Xalq rəssamı, məşhur heykəltaraş Natiq Əliyev Ştiqlits adına Sankt Peterburq Dövlət Rəsm-Sənaye Akademiyasının təsis etdiyi “Dünya rəssamların gözü ilə” beynəlxalq sərgi müsabiqəsində heykəltaraşlıq nominasiyası üzrə laureat seçilib.

Kulis.az xəbər verir ki, Ştiqlits adına Sankt Peterburq Dövlət Rəsm-Sənaye Akademiyasının təsis etdiyi “Dünya rəssamların gözü ilə” beynəlxalq sərgi müsabiqə hər il keçirilir və incəsnət aləmində ən mötəbər müsabiqələrdən biri sayılır. Müsabiqədə peşəkar heykəltaraş və rəssamlarla bərabər tələbələr də iştirak edir. Qaliblər müsabiqənin təşkilat komitəsi və 15 nəfərdən ibarət münsiflər heyəti tərəfindən seçilir.

Bu il müsabiqə 21 fevral – 14 mart tarixləri arasında baş tutub. Müsabiqəyə Ştiqlits Akademiyasının tələbə və müəllimləri, eləcə də 24 ölkədən rəssam və dizaynerlər qatılıb. Müsabiqə onlayn və oflayn formatlarda keçirilib, 749 iş təqdim olunub, onlardan münsiflər heyətinin üzvləri açıq səsvermə yolu ilə hər nominasiya üzrə 4 qalib seçiblər.

İştirakçılar arasında İtaliya, İspaniya, Çindən olan məşhur rəssam və heykəltaraşların da əsərləri olub.

Müsabiqənin bu il lauretaı olmuş mşhur heykəltaraş Natiq Əliyev 2008-ci ildən Rusiya rəssamlıq akademiyasının fəxri üzvü,2005-ci ildən isə Azərbaycan Respublikasının xalq rəssamıdır.

O, 40-dan çox abidə və memorial lövlənin müəllifidir.

Share: