Narkotacirin üzərindən beşbarmaq çıxdı

Quba RPŞ narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma kimi əməllərdə şübhəli bilinən Xaçmaz sakini Müşfiq Rəsulov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq (kastet) aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı M.Rəsulovun Xaçmaz rayon ərazisində narkotik alverçisi kimi tanındığı müəyyən edilib.

Faktla bağlı Quba RPŞ-də  cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


Share: