“Akif Səməd mükafatı” təqdim edildi

2022-ci il üçün Uluslararası Aktivist Sənətçilər Birliyinin təsis etdiyi “Akif Səməd mükafatı” sahiblərinə təqdim edilib.

Bu barədə Kulis.az-a UASB-nin idarə heyətinin üzvü, Azərbaycan üzrə Rəsm Komitəsi başkanı, rəssam Nəvai Metin məlumat verib.

Məlumata əsasən, 2022-ci il üçün “Akif Səməd mükafatı” Azərbaycanda saz və söz sənətinin inkişafı və təbliğindəki xidmətlərinə, eləcə də, ədəbi uğurlarına görə, tanınmış şair, “Könül Körpüsü” proqramının müəllifi və aparıcısı Çiçək Mahmudqızına və milli ədəbiyyatın təbliğ olunmasındakı xidmətlərinə, çağdaş istedadlı yazarlara göstərdiyi maddi və mənəvi dəstəyə görə “Aşıq Ələsgər Ocağı” İctimai Birliyinin idarə heyətinin üzvü, tanınmış söz sərrafı və iş adamı Rəşid Süleymanova təqdim edilib.

Xatırladaq ki, “Akif Səməd mükafatı” 2008-ci ildən təsis edilib. Mükafat indiyə qədər Handan Kayakökü, Nayma Qaramanlı, Bəsti Əlibəyli, Natəvan Dəmirçioğlu, Aşıq Azər Xanlaroğlu, Aşıq Avdı Musayev və baqşaları olmaqla 14 nəfərə təqdim edilib.


Share: