Nakam şairin kitabı işıq üzü görüb

Vasif  SÜLEYMAN

Bu günlərdə həyatdan vaxtsız köçmüş nakam şair Fərid Biləcərilinin Bəxtim məndən küsüb gedir ” adlı kitabı işıq üzü görüb. Kitabdakı şeirlər Fəridin  Vətən, torpaq, Yaradana sevgisinin təcəssümüdür.

Qeyd edək ki, Fərid Biləcərili (Fərid İlqar oğlu Nərimanov) 1986 –cı il may ayının 6-da Bakı şəhərində anadan olmuşdur.1993-2004-cü illərdə Biləcəri qəsəbəsi 300 saylı orta məktəbdə təhsil almışdır.

Məktəbi bitirdikdən sonra Kompüter İnformasiya Texnologiyaları kollecinə daxil olmuşdur.Təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış və vətənə olan borcunu yerinə yetirmişdir.

Akademik Tofiq İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqat İnstitutunun böyük texnik,daha sonra baş laborant vəzifələrində, sonralar Hərbi Polis İdarəsinin Mənzil İstismarı İdarəsind və “Akkord İnşaat Sənaye” MMC-də müfəttiş vəzifəsində çalışmışdır.

Ailəli olub, Əkbər və Şövkət adlı  iki övladı var.

Fərid Biləcərili 2021-ci ildə 33 yaşında dünyasını dəyişmişdir.

“Print-S” mətbəəsində çap olunan kitab nakam şairin oxucularla ilk görüşüdür.

 

Share: