“Araz” supermarketin dəstəyi ilə şəhid xanımları üçün layihə baş tutdu — Video

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Müasir Psixologiya Mərkəzi və “Xarıbülbül fidanları” könüllü qrupu tərəfindən “Günəşə salam” layihəsi həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirin iştirakçıları 44 günlük Vətən müharibəsi şəhidlərinin xanımları idi.

Layihənin keçirilməsində əsas məqsəd şəhid xanımlarının psixoloji sağlamlıqlarının bərpa olunmasına dəstək olmaq, onların cəmiyyətə adaptasiyalarını sürətləndirmək, yeni bacarıqlar qazanmalarına yardımçı olmaq idi.

Günəşin doğuşu ilə start götürən tədbirin ilk mərhələsində xanımlara meditasiya və gimnastika seansları keçirildi. Rəsmi hissədə isə gender bərabərliyi, sosial sahibkarlıq, biznes və fərdi inkişaf mövzularında keçirilən interaktiv təlimlər, müxtəlif komanda oyunları vasitəsi ilə iştirakçılar yeni biliklər qazandılar.

Tədbirdə şəhid xanımları ilə yanaşı, ictimai fəal şəxslər də iştirak etdilər.

Məlumat üçün bildirək ki, Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19,000 nəfərdən çox əməkdaşı var. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.

Azərbaycan cəmiyyəti üçün dəyər yaratmaq Veysəloğlu Şirkətlər Qrupunun prioritetlərindən biridir.


https://www.youtube.com/watch?v=eDOXhWO0H6Y


Share: