Muzey günü münasibətilə Kəlağayı ev muzeyində tədbir keçirildi

18 may Beynəlxalq Muzeylər günü münasibətilə Kəlağayı ev muzeyində tədbir keçirilib.

Müstəqil.az xəbər verir ki, bu barədə “Kəlağayı ev muzeyi”nin direktoru Güllü Eldar Tomarlı məlumat verib. O, bildirib ki, Beynəlxalq Muzeylər Günü — Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən bir müəssisə kimi, bu günü böyük sevinclə qeyd etdik.

 

Müstəqil.az

 

Share: