˝LIBRAFF˝da İlbər Ortaylının kitab təqdimatı və imza günü keçiriləcək

22 may saat 12:00-da Türkiyənin dünyaca məşhur tarixçisi, akademiki və yazıçısı İlbər Ortaylının ˝TEAS Press˝ Nəşriyyat evi tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilən ˝İnsan gələcəyini necə qurmalıdır?˝ kitabının təqdimatı və imza günü keçiriləcək.

Kulis.az xəbər verir ki, iştirakçıların çoxluğunu və vaxt məhdudiyyətini nəzərə alaraq tədbirdə hər kəs ˝TEAS Press˝ə aid olan yalnız 1 (bir) kitabı imzalada biləcək.

˝TEAS Press˝ Nəşriyyat evi və ˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsinin təşkilatçılığı ilə keçiriləcək tədbir ˝LIBRAFF˝ın ˝Park Akademiya˝ filialında baş tutacaq.

Oxucular ˝İnsan gələcəyini necə qurmalıdır?˝ kitabı ilə yanaşı, ˝Türklərin qızıl dövrü˝ kitabını da tədbir günü yerində əldə edə biləcəklər.

Ünvan: Hüseyn Cavid pr. 100, “Elmlər Akademiyası” m/s-nın əsas girişi ilə üzbəüz yeni tikilinin altı.

Share: