“Münasibətimiz dostluğa doğru gedirdi deyə ayrıldıq”

“Münasibətimiz artıq dostluğa doğru gedirdi deyə ayrılmaq qərarına gəldik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Zeynep Bastıkın keçmiş həyat yoldaşı və meneceri Tolga Akış bildirib.

O, ayrılmaqlarına baxmayaraq, hələ də bir-birilərini sevdiklərini açıqlayıb: “İkimiz də bir-birimizi çox sevirik” .

Z. Bastık isə sevgilisinin olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: “Sevgilim yoxdur. Əgər olsa, bir dəqiqə belə əlini buraxmaram. Mən aşiq olmağımı gözləyirəm”.

Qeyd edək ki, cütlük 2021-ci ilin iyulunda ailə həyatı qursa da, 11 aydan sonra boşanma qərarı vermişdi. Onlar aralarında hər hansı inciklik, küsülülük olmadığını, evliliyin öhdəsindən gələ bilmədikləri səbəbindən belə qərar verdiklərini açıqlamışdılar. Həmçinin dost olaraq qalacaqlarını söyləmişdilər.


Share: