Moskvada silahlı insident..Azərbaycanlılar güllələndi – VİDEO

Rusiya paytaxtı Moskada Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən silahlı insident baş verib.

Müstəqil.az Rusiya KİV-inə istinadən xəbər verir ki, qətl Kutuzov prospektində, “Slavyanskiy bulvar” metrostansiyasının yaxınlığında yerləşən keçidin ətrafında dünən axşam saatlarında törədilib.

Məlumata görə, üç nəfər arasında yaranan mübahisə tezliklə silahlı insidentə keçib. Kişilərdən biri travmatik tapança ilə digərlərinə atəş açıb. Nəticədə, Azərbaycan vətəndaşı, Sumqayıt şəhəri sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Mahira aldığı güllə yarasından hadisə yerində ölüb. Əli Həsənov isə yaralanıb.

Cinayətkar hadisə yerindən qaçaraq gizlənib. Qətl faktı üzrə cinayət işi qaldırılıb.

 

Müstəqil.Az

 

 

Share: