Moskvada mənzildə yanğın olub, üçü uşaq olmaqla dörd nəfər ölüb

Moskvanın şimal-şərqində mənzildə yanğın baş verib.

-nın Rusiya bürosu xəbər verir ki, yanğın nəticəsində üçü uşaq olmaqla dörd nəfər həyatını itirib.

Yanğın Akademik Komarova küçəsində, ev 14-ün birinci mərtəbəsində yerləşən mənzildə baş verib.

“İkinci mərtəbədən xilas edilən daha iki uşaq isə xəsarət alıb”, – deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğının sahəsi 15 kvadratmetr olub.

Moskva prokurorluğu yanğın və ölüm faktını təsdiqləyib.

Share: