Masazırda eyvandan yıxılan 15 yaşlı qız əməliyyat olunub

Masazırda eyvandan yıxılan 15 yaşlı qızın vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd -nın sorğusuna cavab olaraq bildirib ki, Ayan Aslanovanın hər iki aşağı ətrafında olan sınıqlara görə cərrahi əməliyyat icra olunub.

Əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. Vəziyyəti stabildir.

Qeyd edək ki, yanvarın 4-də Abşeron rayonu, Masazır qəsəbəsi Füzuli 49 ünvanında yaşayan Ayan Aslanova eyvandan yıxılaraq xəsarət alıb.

Sosial şəbəkədə hadisə ilə bağlı təcili tibbi yardım çağırıldığı halda çağırışa həkimin gəlmədiyinə dair məlumat yayılmışdı.

Hadisə ilə bağlı araşdırma başladılıb. Araşdırmanın nəticəsinə uyğun olaraq, Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin çağırış üzrə tibb bacısı əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməyərək işində yol verdiyi nöqsana görə, əmək qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində intizam tənbeh növü olaraq töhmət verilib, həmçinin təcili təxirəsalınmaz tibbi yardım xidmətinin göstərilməsindən tam kənarlaşdırılıb.

Eyni zamanda həmin şöbənin müdirinə əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsana görə yazılı xəbərdarlıq edilib.

Share: