Moskvada gənc azərbaycanlı alimin uğurlu dissertasiya müdafiəsi olub

29 mart 2024-cü il tarixində Rusiyanın Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində “Moskvada Azərbaycan icmasında dillərin funksional paylanması” mövzusunda namizədlik dissertasiyasının uğurlu müdafiəsi olmuşdur. Filologiya elmləri namizədi alimlik dərəcəsinə namizəd RUDN-nin aspirantı Məmmədəli Məqsəd oğlu Həsənov olmuşdur. Həmyerlimizin elmi işi müsbət rəylər alıb.

Gənc alimin işinin mövzusu mühüm və əhəmiyyətlidir, çünki mədəniyyətlərarası ünsiyyət hər yerdə lazımdır: elmdən, pedaqogikadan və incəsənətdən tutmuş biznes və beynəlxalq təşkilatlara qədər.

Qeyd edək ki, gənc aspirantı dəstəkləməyə soydaşlarımız da gediblər. Belə ki, Moskva şəhərinin qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin, eyni zamanda “İki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi” veteran təşkilatının sədri Əli Kazımov, rus dili və ədəbiyyat müəllimi Elmira İsmayılova, ehtiyatda olan hərbiçi Mehdi İsmayılov müdafiədə iştirak ediblər. Müdafiəyə, həmçinin qonaq və dəstək qrupu qismində Məmmədəli Həsənovun həmkarları və dostları iştirak ediblər.

Gənc alimimizə bütün işlərində yeni-yeni uğurlar arzulayırıq.

Share: