Moskvada ermənilər və azərbaycanlıların arasındakı dava ilə bağlı cinayət işi açıldı

Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində ermənilərlə azərbaycanlılar arasında baş vermiş kütləvi dava ilə bağlı cinayət işi açılıb.

Müstəqil.Az xəbər verir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin xuliqanlıq və soyğunçuluq maddələri üzrə cinayət işi başladılıb.

Ümumilikdə 25 nəfər saxlanılıb.

Dava dünən gecə Lyublinoda olub. Polisdən iğtişaşlarda iştirak edənlərə 5 il müddətinə Rusiyaya giriş qadağasının qoyula biləcəyi xəbərdarlığı edilib.

Müstəqil.Az 

 

Share: