“Bunun nə qədər çətin olduğunu bilən keçmişdən gəlirəm” – Tansu Çillər

Həqiqətən, bu gün tarixi bir gündür, eyni zamanda görüş günüdür. 10 illər deyil, yüz illərcə millətin DNT-sinə işləmiş, yaxın və uzun dövr tariximizdə buna böyük bir həsrət var idi. Bu həsrətə artıq cavab verilə bilib. Bu həyacan bu gün gözəl gün olaraq ortaya çıxır. Sözsüz ki, mən bunun nə qədər çətin olduğunu bilən bir keçmişdən gəlirəm. Bu, böyük cəsarət və dirəniş tələb edən işdir. Başda Prezident Ərdoğan olmaqla, bu işdə əməyi keçən bütün dostları təbrik edirəm.

Müstəqil.Az Teleqraf.com-a istinad edərək xəbər verir ki, bu sözləri Türkiyənin sabiq baş naziri Tansu Çillər bu gün Ayosofyada namaz qılınması, bu tarixi məbədin məscidə çevrilməsi haqqında danışarkən deyib.

Sabiq baş nazir xatırladıb ki, bu gün vacib məqamı da unutmamaq lazımdır: “Ayasofya əslində bir dünya mirasıdır. Türkiyə bu məsələdə hər zaman həssaslığını göstərib. Göstərməyə də davam edəcək. Bu gün Ayasofya məscidinə gəlirik, namaz qılırıq. Hər kəs bir şeylər deyir. Ancaq son sözü daima millətimiz deyir. Millətimiz nə desə gözəl deyir və yaxşı deyir. Bu gün millətin dediyi olmuşdur. Bu gün qovuşmaq günüdür. Xeyirli olmasını arzu edirəm”.

Müstəqil.Az

Share: