Moskva İrəvanı razı salır: Bakıya daha bu qədər silah…

Rus silahının Azərbaycana satılması 2016-cı ilin aprelinə qədər əldə olunan razılaşmalar çərçivəsində həyata keçirilib.

Müstəqil.Az xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev söyləyib. Erməni jurnalistlərin “niyə Rusiya Ukraynaya silah satışına qarşı çıxır, amma müttəfiqi Ermənistanın düşməni Azərbaycana özü silah satır?” sualına cavab verən Kosaçev Ukraynadakı konfliktin qaynar fazada olduğunu bildirib:

“Xoşbəxtlikdən Dağlıq Qarabağ konflikti bu fazada deyil. Biz başa düşürük ki, situasiya partlayış həddindədir. Rusiya 2016-cı ilin aprel ayına qədər imzalanan müqavilələri icra edir və biz kontraktın müddəalarına uyğun olaraq bunu icra etməyə məcburuq. Məndə olan məlumata görə, bundan sonra indiki miqyasda heç bir yenilənmə olmayacaq. Sözsüz ki, biz 2016-cı ilin aprelində baş verən situasiyaya reaksiya veririk. Bunda heç bir şübhə olmamalıdır”.

Kosaçev Ermənistana iki günlük səfərinin məhsuldar olduğunu söyləyib:

“Bizim Azərbaycanla parlamentlərarası dialoq formatımız yoxdur. Belə formatlar yalnız Qazaxıstan və Belarus kimi müttəfiqlərlə olur. Biz iki günlük səfərimiz zamanı müzakirə edilən məsələlərin heç birində fikir ayrılığı yaşamamışıq. Növbəti iclas payızda Rusiyada olacaq”.

İlkin H

Share: