Jirinovski Sobçak göz yaşlarına lağ etdi – Video

Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak “Rusiya 1” telekanalının efirində baş tutan debat zamanı göz yaşlarını saxlaya bilməyib.

Müstəqil.Az “Kommersant”a istinadən xəbər verir ki, K.Sobçak digər namizədləri, o cümlədən Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovskini yalnız onun sözünü kəsməkdə ittiham edib.

“Mən Mərkəzi Seçki Komissiyasına müraciət edəcəyəm. Hesab edirəm ki, bu, ədalətsizlikdir. Bu insanlar yalnız məni incidirlər. Tələb edirəm ki, vaxtımı geri qaytarasınız”, – deyə K.Sobçak bildirib.

Bu an Jirinovski ona lağ edərək, “Get, ananı gətir” deyə söz atıb.

Xanım namizəd həmçinin aparıcı Vladimir Solovyovu da ittiham edərək deyib ki, o, naşı və onu təhqir edən insanların studiyaya gəlməsinə icazə verir.

Aparcı isə özünü müdafiə edərək, bu debata müdaxilə haqqının olmadığını vurğulayıb.

Sonra Sobçak ağlayaraq studiyanı tərk edib.

Qeyd edək ki, bu, Rusiya prezidentliyinə namizədlər arasında ilk belə hal deyil. Bundan öncə də Sobçak və Jirinovski arasında qalmaqal yaşanmışdı.

Müstəqil.Az

Share: