“Moldova bölgəyə qoşun yeridəcəyi təqdirdə Qaqauziya Rusiyaya müraciət edəcək”

Moldova Qaqauz muxtariyyətinin müstəqilliyini elan etməsinə cavab olaraq bölgəyə qoşun göndərsə, region Rusiya da daxil olmaqla hamıya kömək üçün müraciət edəcək.

xəbər verir ki, bunu Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul bildirib.

“Ümid edirəm ki, vəziyyət o həddə çatmaz. Amma vəziyyət o həddə çatsa, biz yardım üçün bütün ölkələrə, təbii ki, Rusiya Federasiyasına da müraciət edəcəyik”, deyə Qutsul qeyd edib.

Qaqauziya rəhbəri onu da bildirib ki, Rusiya Prezidenti Vladimir Putin mart ayında keçirilən görüşdə Rusiyanın hər zaman muxtariyyəti dəstəkləyəcəyinə zəmanət verib.

Share: