Kosmosda münaqişələrin qarşısını almaq üçün Rusiya və Çinlə etimadı gücləndirməliyik

Kosmosda münaqişələrdən yayınmaq üçün Rusiya, ABŞ və Çin arasında etimad yaranmalıdır.

xəbər verir ki, bunu Pentaqonun Kosmik Komandanlığının rəhbəri Stiven Uaytinq bildirib.

“Biz hamımız məsuliyyətli olmalı və beynəlxalq öhdəliklərimizə uyğun olaraq orbitdə məsuliyyətlə və təhlükəsiz hərəkət etməliyik”, – Pentaqon rəsmisi vurğulayıb.

Uaytinqin sözlərinə görə, əgər bütün ölkələr bu mövzuda imzalanmış sənədlərin müddəalarına əməl etsələr, bu, “etimadı artıracaq və ölkələri kosmik toqquşmalardan yayındıracaq”.

Share: