Misirli kinorejissor El Quna Film Festivalının bədii rəhbəri təyin edildi

Misirli kinorejissor Marianna Xuri El Quna Film Festivalının bədii rəhbəri təyin edilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, festival bir illik fasilədən sonra yenidən keçirilir və təşkilatçılar bu dəfə daha çox insanın diqqətini çəkmək istəyirlər.

İlk dəfə 2017-ci ildə misirli milyarder Naqib Saviris tərəfindən keçirilən festival 5 ildən sonra 2022-ci ildə ləğv edilib.

Qeyd edək ki, Xuri 5 il festivalın bədii rəhbəri olan Amir Ramzesin yerinə təyin edilib.

Share: