Misir hökumətində 13 nazir dəyişdi

Misirin Nazirlər Kabinetində dəyişiklik olub.

Məlumata görə, ölkə parlamenti bu gün keçirilən plenar iclasında prezident Əbdülfəttah əs-Sisinin təqdim etdiyi dəyişiklikləri təsdiqləyib.

Bununla da, Səhiyyə, Aviasiya, İmmiqrasiya, Yerli İnkişaf və Təhsil Nazirlikləri də daxil olmaqla, 13 qurumun rəhbəri dəyişilib.

Qeyd edək ki, Misir prezidenti Sisi sözügedən dəyişikliyin hökumətin maraqlarına uyğun olduğunu, onun imkanlarını artıracağını ifadə edib.

Qeyd edək ki, Misir Konstitusiyasının 147-ci maddəsi prezidentə baş nazirlə məsləhətləşərək və parlamentdə mütləq çoxluğun təsdiqi ilə kabineti dəyişmək hüququ verir.

Mənbə: TRT

Share: