Miqrantlarla dolu gəmi batdı – Azı 40 ölü + Video

Liviya sahillərində gəminin qəzaya uğraması nəticəsində azı 40 nəfər batıb və ya itkin düşüb.  “Qafqazinfo” bildirir ki, bu barədə BMT Ali komissarının Qaçqınların İşi üzrə İdarəsinin rəsmi nümayəndəsi Çarli Yaksli Tvitter hesabında məlumat verib.

Baş verən faciəvi hadisənin dəqıq səbəbləri hələlik məlum deyil. Hazırda gəmi qəzasının baş verdiyi rayonda xilasedicilər fəaliyyət göstərir.

60-a yaxın miqrantın xilas edildiyi bildirilir.

 

Share: