Ermənilər 27 il öncə Xankəndidə separatçı bayrağın qaldırılması anlarını yaydı…-VİDEO

İşğalçı ermənilər 27 il öncə Azərbaycan Respublikasının Xankəndi şəhərində “prezident iqamətgahı” (keçmiş vilayət komitəsinin binası) üzərinə separatçı bayrağın sancılması anlarının video-görüntülərini yayıb.
Moderator.az xəbər verir ki, separatçı nəşrlərin məlumatına görə, Şuşa və Laçının işğalından az sonra -1992-ci il iyunun 2-4-də keçirilmiş qondarma rejim “Ali Soveti”nin  növbədənkənar sessiyasında “dövlət bayrağı” haqqında “qanun” qəbul edilib. 1992-ci il oktyabrında isə həmin üzdəniraq ilk dəfə Xankəndidə “prezident iqamətgahı”nın üzərinə sancılıb.
Müstəqil.Az

Share: