Minlərlə rusiyalı turist Tailanddan qayıda bilmir

Tailanddakı rus turistlər sanksiyaya görə vətənə qayıda bilmirlər.

Müstəqil.Az  xəbər verir ki, Tailannda karantin təbirləri yumşaldılandan sonra rusiyalı turistlər bu ölkəyə axın edib.

Ukrayna münaqişəsinə görə tətbiq edilmiş sanksiyalar nəticəsində Rusiyanın beyləxalq hava əlaqələri kəsilib. Tailand Turizm Agentliyinin məlumatına görə, ayrı-ayrı turizm zonalarındakı 5100-dən çox Rusiya vətəndaşı ölkəyə qayıtmağa çalışır. Hazırda Rusiya tərəfi ilə xüsusi reyslər ayrılması üçün danışıq aparılır. Dövlət qurumları Yaxın Şərq ölkələrindən birinə xüsusi reyslər həyata keçirməyi təklif ediblər.

Rusiya vətəndaşları üçün digər problem Visa və Mastercard sistemli bank kartlarının işləməməsidir.

Müstəqil.Az

Share: