Mingəçevir Dövlət Dram Teatrına yeni direktor təyin edildi

Mingəçevir Dövlət Dram Teatrının direktoru təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mədəniyyət nazirinin müvafiq əmri ilə İntiqam Həsənli Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, 28.10.2022-ci il tarixindən Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Kamal oğlu Quliyevin əmək müqaviləsinə xitam verilib.


Share: