Meza Kolli ölkəmizlə belə vidalaşdı

“Keşlə”dən ayrılan Sezar Meza Kollinin karyerasını Rumıniyanın “Universitatya Krayova” klubunda sürdürəcəyi dəqiqləşib.

 

Müstəqil.Az xəbər verir ki, elita təmsilçisi ilə müqavilə şərtlərini razılaşdıran paraqvaylı yarımmüdafiəçi gələn həftə 3 illik müqaviləyə imza atacaq.

O, sosial şəbəkədə belə yazıb: “Bu məlumat vasitiəsilə klub rəhbərliyinə, məşqçilərə və komanda yoldaşlarıma minnətdarlığımı bildirmək istəyirəm. Onlar özümü həm insan, həm də futbolçu kimi əla hiss etməyimə yardımçı oldular. Sizlərə fantastik illər keçirməyi arzulayıram. Allah köməyiniz olsun! Təşəkkürlər, Azərbaycan!”.

 

Xatırladaq ki, 27 yaşlı futbolçu “Keşlə” ölkə kubokunu başı üzərinə qaldırandan sonra 1 illik müqaviləyə qol çəkmiş, Bakı təmsilçisi Avroliqanın ilk mərhələsindəcə fiaskoya uğrayandan sonra isə qarşılıqlı razılıq əsasında anlaşmanı pozmuşdu.

Müstəqil.Az

Share: