125 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib

Bakı Nəqliyyat Agentliyi (BNA) 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edib.

BNA-dan verilən məlumatda bildirilib ki, dəyişikliyə əsasən, 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə yeni mənzillərin verildiyi yaşayış binasınadək hərəkət edirlər.

Müstəqil.Az

Share: