Meydana çıxmaqdan imtina edən afrikalı futbolçu üç həftə itkin düşdü

Misirin ENPPI klubunun və Burkina-Faso yığmasının futbolçusu Erik Traore aprelin 18-də “Asuan”a qarşı milli çempionat oyununda meydandakı futbolçulardan birini əvəzləməkdən imtina etdikdən sonra yoxa çıxıb.

Görüş başa çatdıqda o, telefonunu söndürüb və üç həftə klubla əlaqə saxlamayıb, məşq və oyunlarda iştirak etməyib.

Qahirə klubu həyat yoldaşı və agenti vasitəsilə Traore ilə əlaqə saxlamağa çalışsa da, cəhdləri uğursuz alınıb.

Mayın 8-də afrikalı özü əlaqə saxlayaraq bütün bu müddət ərzində Qahirəni tərk etmədiyini bildirib. Futbolçu mayın 9-da ENPPI-nin bazasına gələcəyinə söz verib. Klub yarımmüdafiəçi ilə söhbətdən sonra ona qarşı intizam tənbehinin tətbiqi ilə bağlı qərar verəcəklərini qeyd edib.

Qeyd edək ki, Traore ENPPI-də icarə əsasında çıxış edir. O, digər Misir klubu olan “Piramids”ə məxsusdur. Cinah hücumçusunun Burkina-Faso ilə səkkiz matçda bir qolu var.

Mənbə: lenta.ru

Share: