ABŞ Ukraynaya bu qədər hərbi yardım edəcək

ABŞ Ukraynaya 1,2 milyard dollarlıq hərbi yardım edəcək.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, bu vəsait Ukraynanın gələcək təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün yaxın illər ərzində xərclənəcək.

Yeni yardım paketinə zenit sursatları, hava hücumundan müdafiə sistemləri və hava hücumundan müdafiə dronları daxildir. 

Qeyd edək ki, bununla da Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə kimi ABŞ-ın Ukraynaya hərbi yardımı təxminən 37 milyard dollara çatır.


Share: