METAK nüfuzlu Beynəlxalq mükafatın yenidən qalibi oldu — Fotolar

“Deloitte” audit şirkətinin təşkilatçılığı ilə artıq ikinci dəfədir ölkəmizdə keçirilən beynəlxalq nüfuzlu “Best Managed Companies Azerbaijan 2023” müsabiqəsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, “METAK” şirkəti bu ildə Azerbaijan Best Managed Companies 2023 müsabiqəsinin qalibi seçilib.

Bu lahiyənin əsas meyarları olan “Strategiyanın uyğunlaşdırılması və həyata keçirilməsi”, “İnsan kapitalının inkişafı”, “İnsan kapitalının cəlb edilməsi, liderlik” və “Maliyyə idarə edilməsi” prinsiplərinə əsasən “METAK” şirkətinin fəaliyyətində ən yüksək səviyyədə təşkil edildiyini qeyd edilib.

Biznes aləmində nüfuzlu və müstəqil şəxlər  tərəfindən təyin olunan münsiflər heyəti şirkətlərin ümumi biznes nəticələrini, korporativ sosial məsuliyyət strategiyalarını və biznesə dayanıqlı inkişafını əsas qiymətləndirlər.

Əlavə olaraq qeyd edə bilərik ki, METAK şirkəti 1993-cü ildən 37 ölkədə uğurla keçirilən Best Managed Companies layihəsinin artıq ikinci dəfədir qazanır. Bu layihə ölkəmizdə şirkətlərin fəaliyyətini müxtəlif prizmadan nəzərdən keçirən və onları qiymətləndirən yeganə müsabiqədir.



Share: