Məşhur Hollivud ulduzu həbs edildi

Hollivud aktyoru Cey Conston saxlanılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyor ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) onu Konqres Binasına hücumda iştirakda günahlandırır.

Məlumata görə, Ədliyyə Departamenti Constonun 6 yanvar 2021-ci ildə Konqres Binasının ərazisində olması ilə əlaqədar ona qarşı ittiham irəli sürüb. Aktyor Los-Ancelesdə həbs edilib.

Qeyd edək ki, Cey Conston “Mr. Show” serialı və “Bob’s Burgers” cizgi filmindəki rolları ilə tanınır.

Share: