“Meta” Rusiyanı dezinformasiya yaymaqda ittiham edir

ABŞ-ın “Meta” korporasiyası (keçmiş “Facebook”) Rusiyanı dezinformasiya yaymaqda ittiham edib.

Şirkətdən verilən məlumata görə, Rusiya tərəfi Britaniyanın “The Guardian” qəzeti, həmçinin Almaniyanın “Der Spiegel” jurnalı da daxil olmaqla, tanınmış xarici xəbər resurslarını təqlid edən 60-dan çox sayt yaradıb.

Bundan əlavə, Rusiya tərəfinin 1600 saxta “Facebook” hesabı yaratdığı, bunlardan etibarsız mənbələrə keçidlərin yerləşdirilməsi üçün istifadə edildiyi bildirilib.

“Bir neçə dəfə dezinformasiya əməliyyatına Rusiyanın Avropa və Asiyadakı səfirliklərinin rəsmi “Facebook” səhifələri də qoşulub”, – deyə sosial şəbəkənin qlobal təhlükələrin yayılmasına qarşı mübarizəyə cavabdeh olan xüsusi bölməsinin rəhbəri David Aqranoviç qeyd edib.

Mənbə: lenta.ru

Share: