Messinin DÇ-2022-də ən çətin rəqibi kim idi?

“Bizə görə ən çətin görüş Meksika ilə oldu. Bu oyunla qrupdakı taleyimiz həll olunurdu”.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-də ən çətin hesab etdiyi oyun barədə danışarkən deyib.

Onun sözlərinə görə, Meksika ilə görüş ən pis oynadıqları matç olub:

“Biz qalib gəlmək məcburiyyətində idik. Bu düşüncə bizi fərqli oynamağa istiqamətləndirdi”.

Qeyd edək ki, Argentina finalda Fransaya qalib gələrək DÇ-2022-nin qalibi olub.


Share: