Meşədə balina tapıldı – QƏRİBƏ HADİSƏ

Braziliyanın şimal-şərqində, Marayu adasının Araruna sahilində təxminən 10 ton ağırlığında olan nəhəng ölü balina tapılıb.

Axar.az xəbər verir ki, Amazon meşələrinin dərinliyində tapılan balinanı buraya nəhəng dalğaların gətirdiyi ehtimal edilir.

Ərazidə araşdırma aparan mütəxəssislər balinanın okeanda öldüyü, sonradan sahilə atıldığı versiyası üzərində dayanıblar.

Məlumata görə, balinanın ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün cəsədin üzərində yarılma əməliyyatı aparılacaq.

Müstəqil.Az

Share: