Merkel instaqramda ermənicə bir cümləlik paylaşım etdi: Ermənistan məst oldu…

Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri zamanı Angela Merkelin instaqramda ermənicə yazdığı bir cümlə bütün Ermənistanda böyük sevincə səbəb olub.

Müstəqil.az erməni mətbuatına istinadən xəbər verir ki, görüşlə bağlı fotolar paylaşan Merkelin  ermənicə yazdığı “Bari Galust” (Xoş gəldiniz) ifadəsinə istinad edən erməni mətbuatı, bunu Almaniyanın baş nazirinin Ermənistana verdiyi xüsusi önəm kimi təqdim etməyə çalışır.

Məlumat üçün qeyd edək ki, Paşinyan-Merkel görüşündə iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf perspektivi müzakirə edilib.(moderator)

Share: