Maştağada narkomaniya əleyhinə tamaşa oynanıldı

Narkomaniya fəlakətinə qarşı dövlətimizin və cəmiyyətin apardığı mübarizəyə dəstək vermək məqsədi ilə Səhnə teatrı “ Qaranlıqdan işığa” adlı tamaşa hazırlayıb.

Kulis.az xəbər verir ki, daha əvvəl Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan, Əmircan, Nardaran kimi Bakı kəndlərində oynanılan tamaşa bu dəfə Maştağa kəndində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzində nümayiş etdirilib.

Tamaşanın müəllifi Pakizə Hüseynova , quruluşçu rejissoru Mirzə Ağa Mirzəyevdir. Tamaşada aktyorlar Anar Həsənzadə , Zülfiyyə Eldarqızı, Mahir Mirişli, Nazlı Quliyeva, Mirzə Ağa Mirzəyev, Ağaəli Kərimzadə, Rəbbilə Ələkbərzadə və Xaliq Rza iştirak edirlər.

Tamaşanı izləyən yeniyetmələr, kənd ziyalılıarı aktyorları alqışlarla qarşılanıb.

Share: