“Marvel”in superqəhrəmanı ağır xəsarət alıb

“Marvel”də “şahingöz” (Hawkeye) obrazı ilə tanınan superqəhrəman aktyor Ceremi Renner ABŞ-nin Nevada ştatında qar təmizləyərkən ağır xəsarət alıb.

Sənətçinin sözçüsü bildirib ki, hazırda onun vəziyyəti ağırdır.

Qəza aktyorun evinin yerləşdiyi Rino şəhəri ərazisində baş verib. Yaşayış məntəqəsi qar fırtınasına məruz qalıb. Renner xəstəxanaya aparılıb. Baş verənlərin təfərrüatı hələlik məlum deyil.

Mənbə: Deadline

Share: