Məşhur qrup mahnılarını süni intellektlə yazacaq

Musiqidə süni intellektin istifadəsi müzakirə mövzusu olsa da, İngiltərənin məşhur “Pet Shop Boys” qrupu süni zəkadan istifadə edərək yarımçıq mahnılarını bitirə biləcəklərini açıqlayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, qrupun bu fikri süni intellektin musiqi sənayesində iş yerlərinin itirilməsinə və tənəzzülünə səbəb olacağı üçün tənqid edilib.

Keçən ay Universal Music Group süni şəkildə yaradılmış mahnını müəllif hüquqlarının pozulmasına görə onlayn yayım platformasından çıxarıb.

Bununla belə, texnologiyanın musiqidə yeri olduğunu iddia edən dünyaca məşhur İngilis pop ikonu Pet Shop Boys müzakirələrə qoşulub.

Qrupun əsas müğənnisi Nil Tennant süni intellektin bəzən boşluğu doludura bildiyini deyib. Tennant və qrup yoldaşı Kris Lov bu yay “Dreamworld” adlı Avropa turuna hazırlaşdıqları üçün yeni texnologiya axtardıqlarını bildiriblər. Yeni texnologiyalardan istifadə etməkdən çəkinməyən musiqiçi duet ideyalarına görə, İsveçin əfsanəvi pop qrupu ABBA-dan təsirləndiklərini bildirib.

Xatırladaq ki, qrup köhnə obrazları ilə yaratdıqları avatarları ilə virtual konsert verib. “Abba Voyage” adlı avatar konsert layihəsi ilə qrup 2022-ci ildə Londondakı Queen Elizabeth Olimpiya Parkında pərəstişkarları ilə görüşüblər. ABBA 2024-cü ilin yanvar ayına qədər səhnəyə çıxmadan virtual konsertlərini avatar şəkilləri ilə davam etdirəcək.

Pet Shop Boys mahnılarını süni intellektlə yazacaq - 1

Share: