Məşhur modelyer vəfat etdi

Rusiyalı modelyer Valentin Yudaşkin 60 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat yayıb.

“Parlaq modelyer, dünya modasının tanınmış ustası. Onun geyimlərini şou-biznes, teatr və kino ulduzları geyinirdi və onlar həmişə diqqəti cəlb edirdi”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 59 yaşlı modelyer son illərdə ağır xəstəliklə mübarizə aparırdı.

Share: