Məşhur aktyor vəfat etdi

“The X-Files” filminin aktyoru Aktyor Stüart Marqolin 82 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, aktyorun ölüm səbəbi hələ açıqlanmayıb.

Emmi mükafatı laureatının ölüm xəbərini ögey oğlu Maks Martini sosial şəbəkədə paylaşıb.

Marqolin fəaliyyəti boyunca yüzdən çox filmdə rol alıb. Aktyorun rol aldığı ən məşhur filmləri arasında “X-Files”, “Quantum Leap”, “Television News Service”, “Intelligence” var.

Share: