Məşhur aktyor çəkiliş zamanı döyüldü

Rusiyalı kinoaktyor Aleksandr Tkaçuk Yekaterinburq şəhərində kino çəkilişləri üçün məşq edərkən döyülüb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, gecə çəkilişləri zamanı studiyaya sərxoş bir kişi daxil olub və çəkiliş qrupu ilə dava eləyib. Növbəti kadr üçün məşq edən aktyorlar özlərini itiriblər. Onu studiyadan çıxarmaq istəyən Aleksandr Tkaçuk sərxoş kişinin hücumuna məruz qalıb. Həmin adam aktyoru yerə yıxıb və boğmağa başlayıb.

Zədələnən aktyor xəstəxanaya aparılıb. Maraqlıdır ki, filmin ssenarisinə görə, Tkaçuk ölümcül döyülməli idi. Rejissor zarafatla bildirib ki, indi Aleksandr öz rolunun öhdəsindən daha asan gələcək. Çünki bu hiss artıq ona tanışdır, o rolunu daha təbii oynayacaq.

Share: