Məşhur aktrisa vəfat etdi

Amerikalı aktrisa Kerol Lokatell 83 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktrisanın ölüm səbəbi hələ açılanmayıb.

1985-ci ildə “13-cü cümə: Yeni başlanğıc” filmindəki rolu ilə tanınan Kerol Lokatel 1940-cı il dekabrın 13-də anadan olub.

Karyerası ərzində o, televiziya və kinoda altmışdan çox rol oynayıb. Lokatel 2008-ci ildə “Shonda Rhimes” və 2014-cü ildə “Scandal” filmlərində də görünüb. O, həmçinin “Team Sharkey”, “Ən Yaxşı Dostlar” və “Salam Ailə” filmlərində də rol alıb.

Share: