Son xəbərlər

replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Тanınmış iş adamı, sahibkar,şair Xuraman Muradovanın “Sənə məktub yazacam” adlı kitabı təqdim olundu

Тanınmış iş adamı, sahibkar Xuraman xanım Muradovanın “Sənə məktub yazacam” adlı kitabının Azərbaycan Yazıçılar Birliyində təqdimatı keçirildi. 2023-cü ilin aprel ayının 13-də Azərbaycan Yazıçılar Birliyində tanınmış iş adamı, sahibkar Xuraman xanım Muradovanın “Sənə məktub yazacam adlı şeirlər kitabının təqdimatı oldu. Tədbirdə tanınmış iş adamları, professorlar, millət vəkilləri, ictimai xadimlər, şairlər, yazıçılar iştirak etdilər.

Tədbiri giriş sözüylə açan aparıcı, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin katibi, şair Xəyal Rza gələn qonaqları salamladı. İlk olaraq Vətən himni səsləndi. Sonra Vətən uğrunda şəhid olan oğullarımız bir dəqiqəlik sükutla yad edildi. Xuraman xanım Muradova haqqında dəyərli fikirlərini tədbir iştirakçılarına çatdıran Xəyal Rza ilk olaraq sözü Xalq yazıçısı Natiq Rəsulzadəyə verdi. Müəllifin xeyirxah işindən, yaradıcılığından söhbət açan Xalq yazıçısı sonda Azərbaycan Yazıçılar Birliyinin üzvülük vəsiqəsini Xuraman xanım Muradovaya təqdim etdi.

Əməkdar İncəsənət xadimi Fəxriyə Xələfova Xuraman xanım, onun rəhbəri olduğu Milan hospitalı haqqında ürək sözlərini söylədi və təbrik etdi. Millət vəkillərindən Razi Nurullayev, Elşad Mirbəşiroğlu, Ceyhun Məmmədov, Jalə Əhmədova, Könül Nurullayeva, Vüqar İsgəndərov, Naqif Həmzəyev çıxış edərək Xuraman xanımın xeyirxahlığından, bir sahibkar kimi şəhid ailələrinə və qazilərə etdiyi maddi və mənəvi dəstəyindən, hər zaman xalqına, dövlətinə onun hakimiyyətinə sadiqliyindən, etibarından danışaraq ünvanına xoş sözlər söylədilər. Xuraman xanımın söz dünyasından söhbət açan Millət vəkilləri onun şeirlərindən nümunə gətirərək qəlbə yatımlı, yadda qalan və ruhu oxşayan misralarını önə çəkdilər və Azərbaycan Yazıçılar Birliyinin üzvü olması münasibəti ilə onu təbrik etdilər.

Əməkdar incəsənət xadimi, rejissor, yazıçı-dramaturq Ağalar İdrisoğlu müəllifin yaradıcılığından, sahibkar fəalyyətindən ürək dolu söz açdı. Bu ilin Heydər Əliyev-100 adlandırılması ilə əlaqədar Xuraman xanımın “Azad Azərbaycan” dövlət qəzetindəki və aparıcı saytlarda Ulu Öndərimiz haqqındakı “ Milli sahibkarlığın ideya müəllifi, yaradıcısı və böyük memarı” esse yazısını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Və ünvanına təbriklər söylədi.

AYB-nin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli bu qədər insan sevgisini qazanan və “Sənə məktub yazacam” mahnısı ilə hər kəsin ürəyində öz sevgisini yaradan Xuraman xanım Muradovaya ən xoş ürək sözlərini çatdırdı.

Kitabın redaktoru, tanınmış şair-publisist, yazıçı Nəcibə İlkin maddi varlıqlar olan insan, söz və qadın haqqında söhbət açaraq, fikirlərinin cəmində bu dəyərli varlıqların Xuraman xanım Muradova şəxsiyyətindəki bütövlüyndən danışdı. Onun yaradıcılığından, şeir dünyasından söhbət açdı. Və bir şeirini söyləyərək Xuraman xanımı Azərbaycan Yazıçılar Birliyinin üzvü olması münasibəti ilə ürəkdən təbrik etdi.

Azərbaycan Sahibkar İctimai Birliyin sədri Zemfira xanım Ağayeva, Həkim-oftomoloq Yazgül xanım, Xəzər Tv-nin əməkdaşı İradə xanım, ictimai xadim Vəfa Abbasova çıxış edərək ürək sözlərini söylədilər. Müğənnilərdən Nuriyyə Hüseynova və Mirələm Mirələmov müəllifin yaradıcılığı barədə gözəl fikirlərini tədbir iştirakçılarına çatdırdı.
Sonra “Sənə məktub yazacam” mahnısı səsləndi. Xuraman Muradovanın şeirləri bəddi qiraətçilərin ifasında yüksək peşəkarlıqla ifa olundu.

Tədbirin sonunda Xuraman xanım tədbir iştirakçılarına, təşkilatçılarına və zəhməti olan hər kəsə təşəkkürünü bildirdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu üçün AYB-nin rəhbərliyinə və şəxsən Xalq yazıçısı Anara, Xalq yazıçısı Natiq Rəsulzadəyə, tədbiri idarə edən şair Xəyal Rzaya təşəkkürünü bildirdi. Sonda xatirə şəkilləri çəkildi.

Nəcibə İLKİN,
şairə-yazıçı

Share:

seo