Mərziyyə Sarvan “Əsgər anasıyam” adlı yeni kitabını təqdim etdi… -FOTO

Müstəqil.az xəbər verir ki,13 mart “Mirvarid Dilbazi Poeziya Məclisinin” təşkilatçılığı ilə “Azərkitab” Kitab Təbliğat Mərkəzində”  Mərziyyə Sarvanın “Əsgər anasıyam” adlı kitabının təqdimatı keçirilib.

Kitabın redaktoru şair,jurnalist Nəcibə İlkin, ön söz müəllifi isə tanınmış incəsənət xadimi ,şair Baba Vəziroğludur.

Tədbirin aparıcısı Mirvarid Dilbazi adına poeziya məclisinin rəhbəri Güllü Eldar Tomarlı bir dəqiqəlik sükutla məclisi açıq elan edib.

Söz adamları, müəllifin yaxınları  sazlı- sözlü söhbətləri ilə çıxışlar edib tədbirə xüsusi rəng qataraq  Mərziyyə Sarvana yaradıcılıq uğurları diləyiblər.

Sonra “Yazarlar”  jurnalının İctimaiyyətlə əlaqələr üzrə meneceri Nəzakət Kərimova-Əhmədova tərəfindən Mərziyyə Sarvana uzun illər səmərəli pedaqoji fəaliyyətinə və ədəbi yaradıcılıqda qazandığı ardıcıl uğurlarına görə “Vintsas” mükafatı və “Mirvarid Dilbazi” adına poeziya məclisi tərəfindən fəxri fərmanlar təqdim olunub.

Sonda 44 günlük zəfər savaşının qalib əsgərinin valideyni -Mərziyyə Sarvan çıxış edərək gələn qonaqlara təşəkkürünü bildirib.

Müəllifə yaradıcılıq uğurları arzulayırıq.

Aysel Səfərli

Müstəqil.az

 

Share: