“Mənim yazdığım və dediyim sözlər çoxunun ürəyindən keçən, ancaq yaza və danışa bilmədiyi sözlərdir.”-Allahşükür Ağa…

Mənim yazdığım və dediyim sözlər çoxunun ürəyindən keçən, ancaq yaza və danışa bilmədiyi sözlərdir. Bir az cəsarətli olun, ağalar ! Vallah , nə edirəmsə uşaqlarımızın gələcəyi üçün edirəm. Sənin, mənim, onun, bizim-bir sözlə, hamımızın uşaqları üçün… Onlar cəmiyyətimizin sərt üzünü və bəzi eybəcərliklərini görməməlidir.Həyatda böyüklərin etdiyi səhvləri və nöqsanları elə böyüklər həll etməlidir. Bu məsuliyyəti gələcək nəslin üzərinə atmaq doğru deyil.

İnanın səmimiyyətimə vaxt gələcək mən də həyatda olmayacam. Təbii ki, otuz il, əlli il, yetmiş il hərənin bir taleyüklü həyatı olur ! Bu qısa ömürdə çalışıb kişi kimi yaşamaq lazımdır.
Ola bilər ki, əlli ildən sonra adıma heykəl də ucalsın. Heç ucalmasın ! Fərqi yoxdur mənimçün…Yəni,şan-şöhrət boş şeydir ! Əsas odur ki, böyüklərimiz və körpə fidanlarımız bu həyatda əziyyət çəkməsin. Nə böyüklərimiz, nə də körpə fidanlarımız bir – birinə baxıb utanmasın! Ona görə ayılın, ayılın, ayılın, ağalar ! Ayılın, bəylər və böyüklər ! Ayılın, cənablar ! Xahiş edirəm, ayılın ! Bir xahiş nədir ki?

Təki bu cəmiyyət düzəlsin, əlli ildən sonra mənə rəhmət oxumasanız da olar !

Allahşükür Ağa

(şair)

Share: