“Mən onu itirsəm kafir olaram , Çıxaram, a Tanrı bəndəliyindən…”-Yetim Qacarın yeni şeirləri

Müstəqil.Az  istedadlı şair Yetim Qacarın yeni şeirlərini təqdim edir:

Ilahi, bu qıza heçnə eləmə …

İlahi,bu qıza heç nə eləmə,
Dunyanı günəşdən ,aydan edərsən .
O, mənim ömrümə verilən paydı ,
Sən məni ən böyuk paydan edərsən.

Nə edir qoy etsin Tanrı ,səbr elə
Hikkəsi qəbulum, nazı qəbulum.
Mən alın yazından imtina etdim ,
Təkcə o yazdıqı yazı qəbulum.

Aşıram sevgidə həddimi bəzən ,
Tək ona, tək ona bəndə oluram .
Bilirəm, dozmursən tək mənəm dözən ,
Mən sənin ətrini ondan alıram.

Sən günlər sərf etdin oz dunyan üçün ,
O ,mənim dunyamı anda yaratdı .
Sən mənə yaxınsan şah damarımdan,
O, da varlığını qanda yaratdı.

Sənə gvüənmişəm onu sevəndə,
Sən məni başa duş, o başa dusmur .
Neynəyim, mən yetim sizdəki zərlər ,
Atırsız, ömrumdə hec qoşa düşmür.

Sevgindən yaratdın sən kainatı ,
Sevgidə tapmışam mən də gözəllik .
Gözəllik aşiqi olmağım gunah ?
Tək onun eşqidir məndə gözəllik.

Mən dua edirəm hər axsam səhər ,
İstəyim cənnətdi, o, mənə cənnət .
Mənim dualarım verməzmi bəhər ,
Dualar sənədir, demə, ya qismət.

Düşünmə, mən onsuz sənlə qalaram,
Alarsan sümüyü sən iliyindən .
Mən onu itirsəm kafir olaram ,
Çıxaram, a Tanrı bəndəliyindən.

Ilahi, bu qıza heçnə eləmə ,
Dunyanı günəşdən aydan edərsən .
O, mənim ömrümə verilən paydı ,
Sən məni ən böyuk paydan edərsən.

Qadın

Onsuz da ruhum üşüyür,
Kulək kimi əsən qadın .
Ay omrumə çox gecikib ,
A mendən tələsən qadın.

Sev bilirsən doğru kimi ,
Görmə məni oğru kimi .
Mocuzədir ağrı kimi ,
Sən ağrımı kəsən qadın.

Sevək dərddən üstün olaq ,
Susub nədər küskün olaq .
Bir adaya sürgün olaq,
Bir mən olum, bir sən qadın.

Bizə dikib eşq gözünü,
Ocaq edək esq közünü.
Gəl həsrətə gəl sözünü ,
Nə mən deyim, nə sən qadın.

Qoy zərləri qarışdırsın,
Məni mənlə danışdırsın .
Taleyimlə barişdırsın ,
Taleyindən küsən qadın.

Bəyəm dunya dağılacaq ,
Aç yetimə aç sən qucaq .
Yeni Yetim doğulacaq ,
Yetimə hə desən qadın.

Onsuz da ruhum üşüyür ,
Kulək kimi əsən qadın .
Ay omrumə çox gecikib ,
A mendən tələsən qadın.

Həsrət

Günüm qara olan gundən,
Sevgim üzümə ağ oldu.
Vusal qacdı, baxdı gendən ,
Həsrət ömrüma tağ oldu .

Boy vermədi içim mənim,
Sahib çıxdı goz yaşıma .
Dualar da mənə qənim ,
Duaya açılan əllər
Sonda yendi öz başıma .

Tərif edim , yoxsa tənqid ,
Ucalardan uca baxtı
Üzümə gülməyib hələ.
Bir qız sevdim qoca vaxtı,
Mən yanmadım oda belə,
Mən beləyəm, o da belə

Sinəm olub dağım-dağım ,
Məni alıb dərdi xışın .
Xəyallarım vusal bağım ,
Onsuzluğum nübar mənə
Payızımda gələn qışın .

Dilləndirib mən dilsizi ,
Ozü susur , dili laldır.
Bu yaşımda belə sevgi ,
Bu sevgidə xəyal qurma ,
Olsa -olsa xam xəyaldır.

Mən nə deyim cavanlara ,
Nakam həyat tək öyüdüm .
Mən sevgidən sud yanığı .
Mən sevgidən yetim qaldım ,
Yetim qaldım ,dərd böyüdüm .

Günüm qara olan gundən ,
Sevgim üzümə ağ oldu .
Vusal qacdı, baxdı gendən ,
Həsrət ömrüma tağ oldu.

Share: