“Məktəb illəri” kitabı çap olundu

Aqil Yaşaroğlunun “Məktəb illəri” adlı yeni kitabı çap olunub.

Kulis.az xəbər verir ki, müəllifin sayca beşinci kitabı olan povest Qanun nəşriyyatında çap edilib.

Əsərin annotasiyasını təqdim edirik.

“Məktəb illəri” povestində hər hadisə ayrı-ayrı hekayələr şəklində təqdim olunur. Bu hekayələrdə fərqli süjet xətləri olsa da, onları bir-birinə bağlayan vahid ideya var: dürüstlük, səmimiyyət və milli əxlaq qaydalarının aşılanması. Bu əhvalatlarda uşaqlıq və gənclik illəri elə qovuşub ki, oxucu bunları bir-birindən ayırmaqda çətinlik çəkəcək. Əsər məktəblilər, tələbələr, eyni zamanda müəllimlər üçün çox faydalı olacaq. Uşaqlara müəllifin səhvlərindən nəticə çıxarmağı öyrədəcək. Müəllimlərə isə şagirdlərini daha yaxından tanımağa, uşaq aləminin incəliklərinə bələd olmağa yardım edəcək.

Share: