Mədəsindən 52 ədəd prezervativ və daha nələr çıxdı…..VİDEO

Braziliyadan Türkiyəyə gələn qadının mədəsində çox sayda prezervativ içinə doldurulmuş 580 qram kokain tapılıb.
Hava limanına gələn bir qadının narkotik maddə daşıdığından şübhələnən polis briqadaları Braziliyalı qadını saxlayıblar. Polis məntəqəsinə keçən qadının üstündə və çemadanında axtarış aparılıb.
 
Müstəqil.az türk mediasına istinadən xəbər verir ki, aparılan axtarışda qadının narkotik maddəni kapsul halında udduğundan şübhələniblər. Xəstəxanada həzm sisteminin rentgen filmi çəkilərək 52 prezervativ içində kapsul halında 580 qram kokain udduğu təsdiq olunub.
Məhkəmə tərəfindən həbs olunan qadının hava limanında polis tərəfindən nəzarətə alındığı anlar təhlükəsizlik kameralarına əks olunub.
Müstəqil.Az

Share: